11 
Iyn
2024
22:35
276

Salome Zurabişvili gənclərə: “Sizin prezidentliyə namizədiniz olsam, çox xoşbəxt olacağam”

“Nəticəni müdafiə edən, onu Brüsselə çatdıran və danışıqların açıldığının təsdiqini alan adam olmaq istəyirəm, istər prezident rolunda, istərsə də gələcəyin göstərəcəyi hər hansı başqa rolda, mən hər şeyə hazıram və olacağam”.

InterPress.ge xəbər verir ki, Gürcüstan prezidenti Salome Zurabişvili gənclərlə görüşündə “Namizədliyi ətrafında konsensus olarsa, prezident seçkilərində iştirak edib-etməyəcəyi ilə bağlı” sualı belə cavablandırıb.

Salome Zurabişvilinin sözlərinə görə, prezident seçkilərində onun namizədliyi gənclərin dəstəyini qazanarsa, o, çox sevinəcək və qürur duyacaq.

“Dəfələrlə demişəm və yenə də deyəcəyəm ki, lazım olan yerdə olacağam. Lazım olan şeyi sona çatdırmaq, bir tərəfdən [parlament] seçkilərində qalib gəlmək, sonra isə bəziləri “bu, çox vaxt aparır” desə də, çox qısa müddətdə “Gürcü Xartiyası”nı həyata keçirməkdir. Yoxlanılıb və bu çox çəkməməlidir, biz bunu edə bilməliyik. Əgər [prezidentliyə] namizədiniz olsam, çox xoşbəxt və qürurlu olacağam”, - Salome Zurabişvili bildirib.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər