Bizimlə əlaqəHaqqımızda—
Ən son:
TVCANLI

Qiorqi Qaxaria: Bizim üçün ən yaxın siyasi qüvvə “Lelo” – dur

430
Qiorqi Qaxaria: Bizim üçün ən yaxın siyasi qüvvə “Lelo” – dur
Dinləmək üçün basın

"Biz İstənilən formada əməkdaşlığa açığıq".

"Biz İstənilən formada əməkdaşlığa açığıq".

InterPress.ge xəbər verir ki, bu barədə “Gürcüstan üçün Qaxariya” partiyasının lideri Qiorqi Qaxariya “Politranius”un “Polit-Kalaki” verilişində bildirib.

Verilişdə Qiorqi Qaxaria müxalif siyasi partiyalarla mümkün əməkdaşlıqdan danışıb. O, “Lelo” partiyası ilə gələcək əməkdaşlığı istisna etməyib

“Biz deyirik ki, bu gün Gürcüstanın siyasi meydanında mövcud olan bütün siyasi qüvvələr içərisində bizə ən yaxın “Lelo” - partiyasıdır. Mən onların yerinə qərar verə bilmərəm. Birliyə getməzdən əvvəl əsas əməkdaşlıq olmalıdır. Biz istənilən formada əməkdaşlığa açığıq, xüsusən də bu seçkilərin ölkə üçün çox vacib olduğunu başa düşəndə. Seçkiləri bir kənara qoysaq, ölkənin Avropa gələcəyini müdafiə etmək lazımdır. Onlar böyük qlobal birlikdən, vahid siyahılardan və s. haqqında danışanda bəzən məni bu gülümsədir. Dünən dağılan partiyalar ortaq dil tapa bilmir, sonra oradan mənə hansısa sual və ya şikayət göndərəndə, təbəssümdən başqa heç nə ilə cavab verə bilmirəm”, - deyə Qaxariya bildirib.

Keçmiş baş nazir prezident haqqında da danışıb.

Qaxariya qeyd edib ki, prezidentin birbaşa xalq tərəfindən seçilməsi qaydası ölkəyə qaytarılmalıdır. Salome Zurabişvili Müxalifətin vahid namizədi olsaydı, onu dəstəkləyəcəkmi sualına  Qaxariya belə cavab verib: “Biz onu dəstəkləyəcəyik”. 
 

Xəbəri qiymətləndir
Məqalənin müəllifiAysel İsmayılova

Son xəbərlər

Aİ Rusiyaya qarşı sanksiya siyahısını genişləndirib – 12 fiziki şəxs və 101 qurum sanksiyalara məruz qalıbAİ Ukraynaya dron və döyüş sursatlarının alınması üçün 1,71 milyard avro ayırıbAİ Ukraynaya 8 milyard avroyadək maliyyə dəstəyi ayıracaqGürcüstanda xaricdə tanınan ümumi təhsil proqramlarının tətbiqi qaydası dəyişirGASU “AGORA” adlı yeni beynəlxalq tələbə layihəsinə start veribSon xəbərlərə bax →