17 
Iyn
2024
12:14
3894

İrakli Kobaxidze: Turizm və aviasiya sahəsində rekord göstəricilərimiz var

Turizm və aviasiya sahəsində rekord göstəricilərə sahibik, bu il turizmdən 4,5 milyard dollar gəlir və 7,9 milyon beynəlxalq səyahətçi gözləyirik.

InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstanın baş naziri İrakli Kobaxidze hökumətin iclasında bildirib.

Onun sözlərinə görə, rübdə turizmdən rekord gəlir - 808 milyon dollar qeydə alınıb ki, bu dapandemiyadan əvvəlki göstəricini 40 faiz üstələyib.

“Bu, rekord göstəricidir. Bu rübdə 1,3 milyon beynəlxalq səyahətçini qəbul etdik ki, bu da keçən illə müqayisədə 8 faiz artım deməkdir. Beynəlxalq turistlərə gəlincə, burada da rekord göstərici var - biz bir rüb ərzində ölkəmizdə 939 min turist qəbul etmişik”, - deyə baş nazir qeyd edib.

Baş nazir aviasiya sahəsindəki göstəricilərdən də danışıb və qeyd edib ki, yay mövsümündə 13600 uçuş həyata keçiriləcək ki, bu da tarixi maksimumdur.

“Avropada, konkret olaraq, 11 aviaşirkət 38 istiqamətə uçuşlar həyata keçirir ki, bu da tarixən ən yüksək nəticədir. Bu il Gürcüstanda 50 aviaşirkət fəaliyyət göstərir ki, bu da tarixi maksimumdur. 2011-ci ildə Gürcüstanda cəmi 23 aviaşirkət fəaliyyət göstərib. Həmçinin hava limanlarında sərnişin axını baxımından tarixi maksimum qeydə alınıb - hava limanlarımızda sərnişin axını 1 milyon 400 min sərnişini keçib. Bizdə yaxşı tendensiyalar var və buna görə də nikbinlik üçün çox yaxşı əsaslar var. İllik ifadədə, biz xüsusilə turizm sahəsindən 4,5 milyard dollar gəlir gözləyirik ki, bu da keçən ilki rəqəmlə müqayisədə 9 faiz artım olacaq. Biz 7,9 milyon beynəlxalq səyahətçi, 5,2 milyon beynəlxalq turist gözləyirik ki, bu da tarixi yüksəklik olacaqdır. Turizm və aviasiya sahəsində çox yaxşı məlumatlar var və bizim vəzifəmiz artım templərini daha da yaxşılaşdırmaqdır, bunun üçün çox yaxşı perspektivlər var”, - deyə baş nazir bildirib.
 

Bizimlə əlaqə saxlayın