ABŞ və Aİ ölkələrindən Gürcüstana pul köçürmələri artıb
Milli Bankın məlumatına görə, 2024-cü ilin may ayında ölkəyə pul köçürmələrinin həcmi 284 308,5 min dollar təşkil edib ki, bu da aprel ayının göstəricisindən 2% çox, 2023-cü ilin may ayında ölkəyə edilən pul köçürmələri ilə müqayisədə isə 27% azdır.
InterPress.ge xəbər verir ki, 2024-cü ilin may ayında ən çox pul köçürmələri Aİ ölkələrindən həyata keçirilib.
Statistik məlumatlara əsasən, 2024-cü ilin may ayında Aİ ölkələrindən Gürcüstana pul köçürmələrinin həcmi 120 314,1 min dollar təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 6%, aylıq ifadədə isə 3% artım deməkdir. 2024-cü ilin aprelində Avropa İttifaqından Gürcüstana pul köçürmələri 116 413,7 min dollar, 2023-cü ilin mayında isə 113 369,7 min dollar təşkil edib.
2024-cü ilin may ayında Gürcüstana pul köçürmələri üzrə bir nömrəli ölkə İtaliyadır və may ayında 48 120,2 min dollar köçürülüb. Aylıq ifadədə artım 5%, illik ifadədə isə 8% təşkil edir.
2024-cü ilin aprelində İtaliyadan Gürcüstana pul köçürmələri şəklində 45 803,2 min dollar, 2023-cü ilin mayında isə 44 664,0 min dollar daxil olub.
Pul köçürmələri istiqamətində ikinci yeri Rusiya tutur, adıçəkilən ölkədən may ayında 48 105,9 min dollar köçürülüb.
Köçürmələrin həcminə görə ABŞ üçüncü yerdədir, ordan may ayında ölkəyə pul köçürmələri şəklində 47 220,5 min dollar daxil olub. Bununla da aprel göstəriciləri ilə müqayisədə 2%, 2023-cü ilin may ayı ilə müqayisədə isə 22% artım olub.