Bizimlə əlaqəHaqqımızda—
Ən son:
TVCANLI

Parlamentin komitələrində LGBT təbliğatına qarşı hazırlanan qanunvericilik paketinin müzakirəsi bu gündən başlayır

299
Parlamentin komitələrində LGBT təbliğatına qarşı hazırlanan qanunvericilik paketinin müzakirəsi bu gündən başlayır
Dinləmək üçün basın

Məsələ Hüquq məsələləri komitəsində, həmçinin 4 komitənin: İnsan hüquqlarının müdafiəsi və vətəndaş inteqrasiyası, təhsil, elm və gənclərlə iş, sahə iqtisadiyyatı və iqtisadi siyasət, səhiyyə və sosial məsələlər…

Məsələ Hüquq məsələləri komitəsində, həmçinin 4 komitənin: İnsan hüquqlarının müdafiəsi və vətəndaş inteqrasiyası, təhsil, elm və gənclərlə iş, sahə iqtisadiyyatı və iqtisadi siyasət, səhiyyə və sosial məsələlər komitəsinin birgə iclasında müzakirə olunacaq.

InterPress.ge xəbər verir ki, qanunvericilik paketi 19 qanun layihəsindən ibarətdir. Bunlardan başlıcası “Ailə dəyərləri və yetkinlik yaşına çatmayanların müdafiəsi” adlı layihə, qalan 18-i isə ondan irəli gələn layihələrdir.

Qanunvericilik paketinin müəllifi və təşəbbüskarları parlamentin sədri Şalva Papuaşvili və çoxluğun üzvləri: Mamuka Mdinaradze, Anri Oxanaşvili, Rati Yonatamişvili, Maka Boçorişvili, Davit Matikaşvili, Tengiz Şarmanaşvili, İrakli Şatakişvili və Sozar Subarilidir.

Əksəriyyətin izahına görə, qanun layihəsinin təşəbbüskarı olmaqda məqsəd qadın və kişi birliyinə əsaslanan ailə dəyərlərinin və yetkinlik yaşına çatmayanların müdafiəsi mexanizmlərinin gücləndirilməsidir. Qanunvericilik paketi bir sıra qadağa və məhdudiyyətlərin müəyyən edilməsini nəzərdə tutur.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiİsmayıl Abramişvili

Son xəbərlər

Aİ Rusiyaya qarşı sanksiya siyahısını genişləndirib – 12 fiziki şəxs və 101 qurum sanksiyalara məruz qalıbAİ Ukraynaya dron və döyüş sursatlarının alınması üçün 1,71 milyard avro ayırıbAİ Ukraynaya 8 milyard avroyadək maliyyə dəstəyi ayıracaqGürcüstanda xaricdə tanınan ümumi təhsil proqramlarının tətbiqi qaydası dəyişirGASU “AGORA” adlı yeni beynəlxalq tələbə layihəsinə start veribSon xəbərlərə bax →