27 
Avq
2020
17:49
1092

Tea Tsulukiani: "Xoş qarşılıyacağıq , əgər Mixeil Saakaşvili özündə güc toplayıb Gürcüstana gələrsə, onu sərhəddə saxlanılaraq həbs edilmə prosesi gözləyir"

"Əlbəttə, əgər Mixeil Saakaşvili öz gücünü tapıb Gürcüstana gələrsə, onu sərhəddə saxlanılaraq həbs edilmə prosesi gözləyir".

InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstanın Ədliyyə naziri Tea Tsulukiani deyib.

Tsulukianinin sözlərinə görə, Mixeil Saakaşvili axtarışdadır və ona qarşı bir sıra hökmlər çıxarılıb.

“Mixeil Saakaşvilinin guya gürcü xalqına müraciət etdiyi bir video yazını dinlədik. Əlbəttə xoş qarşılayacağıq, əgər Mixeil Saakaşvili özündə güc tapıb Gürcüstana gələrsə, onu sərhəddə saxlanılaraq həbs edilmə prosesi gözləyir və sözsüz ki, Gürcüstan həbsxanasına göndəriləcək, çünki o, axtarışdadır və həbsxanada olanda nəzərdən keçirilə bilən bir sıra məhkumluqlara malikdir", - deyə Tsulukiani qeyd edib.

Xatırladaq ki, Gürcüstanın keçmiş prezidenti, Ukrayna İslahatlar Şurasının İcraiyyə Komitəsinin sədri Mixeil Saakaşvili sosial şəbəkədə yayımladığı video müraciətdə bir səhv buraxdığını, səhvlərinə görə gürcü xalqından üzr istədiyini və Gürcüstana geri qayıdacağını deyib.

Bizimlə əlaqə saxlayın