Bizimlə əlaqəHaqqımızda—
Ən son:
TVCANLI

İrakli Kobaxidze: "Xarici agentlər haqqında" qanuna qarşı aparılan kampaniya rüsvayçılıqdır

288
İrakli Kobaxidze: "Xarici agentlər haqqında" qanuna qarşı aparılan kampaniya rüsvayçılıqdır
Dinləmək üçün basın

Gürcüstanın Baş naziri İrakli Kobaxidze "Xarici agentlər haqqında" qanuna qarşı aparılan kampaniyanı rüsvayçılıq adlandırıb.

Gürcüstanın Baş naziri İrakli Kobaxidze "Xarici agentlər haqqında" qanuna qarşı aparılan kampaniyanı rüsvayçılıq adlandırıb.

InterPress.ge  xəbər verir ki, Baş nazir bu barədə jurnalistlərə açıqlama verib.

"Hər bir ölkə öz suverenliyinə önəm verir. Kanadada, təbii ki, şəffaflıq haqqında qanunun qəbulu xarici təsirlərin qarşısının alınmasına və ölkənin suverenliyinin qorunmasına xidmət edir. Buna əsaslanaraq Gürcüstanda şəffaflıq qanununa qarşı aparılan kampaniya tam bir fars idi. Kanada nümunəsi bunun daha bir bariz təsdiqidir. Heç bir arqument olmadan qanunu tənqid etmək sadəcə olaraq rüsvayçılıqdır”, - İrakli Kobaxidze bildirib.

Qeyd edək ki, Kanada Senatı iyunun 19-da xarici müdaxiləyə qarşı mübarizəni nəzərdə tutan qanun layihəsini təsdiqləyib.

 

Xəbəri qiymətləndir
Məqalənin müəllifiAysel İsmayılova

Son xəbərlər

Kobaxidze: Gürcüstanda yarım milyondan çox insan yoxsulluqdan çıxıbAİ Rusiyaya qarşı sanksiya siyahısını genişləndirib – 12 fiziki şəxs və 101 qurum sanksiyalara məruz qalıbAİ Ukraynaya dron və döyüş sursatlarının alınması üçün 1,71 milyard avro ayırıbAİ Ukraynaya 8 milyard avroyadək maliyyə dəstəyi ayıracaqGürcüstanda xaricdə tanınan ümumi təhsil proqramlarının tətbiqi qaydası dəyişirSon xəbərlərə bax →