23 
Iyn
2024
21:19
450

Vətəndaşlardan zorla pul tələb edən şəxs saxlanılıb

Daxili İşlər Nazirliyinin Tbilisi Polis Departamentinin Qldani-Nadzaladevi baş idarəsinin əməkdaşları “isti izlər”lə həyata keçirdikləri əməliyyat-istintaq tədbirləri nəticəsində oğurluq və sağlamlığına qəsdən yüngül xəsarət yetirmək ittihamı ilə əvvəllər məhkum olunmuş 1985-ci il təvəllüdlü Q.C. -ni saxlayıblar.

InterPress.ge xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

İstintaq müəyyən edib ki, təqsirləndirilən şəxs Muxianidə iki vətəndaşdan pul tələb edib və rədd cavabı aldıqdan sonra onlara fiziki təzyiq göstərib və iti əşyadan istifadə edərək sağlamlığına yüngül xəsarət yetirib.

Hüquq-mühafizə orqanlarının əməkdaşları təqsirləndirilən şəxsi hadisə yerinin yaxınlığında tutublar.

Polis cinayət silahını sübut kimi götürüb.

İstintaq Cinayət Məcəlləsinin oğurluq və qəsdən sağlamlığa yüngül xəsarət yetirmə (179 və 120-ci) maddələri əsasında aparılır.

Nazirlikdən verilən məlumata görə, cinayət 7 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Bizimlə əlaqə saxlayın