24 
Iyn
2024
17:20
293

Sarp gömrük-keçid məntəqəsində bəyan edilməmiş qızıl-zinət əşyaları aşkar edilib

Sarp gömrük-keçid məntəqəsində qanun pozuntusunun qarşısı alınıb.Maliyyə Nazirliyinin Gəlirlər Xidmətinin gömrükçüləri şübhə əsasında Gürcüstan vətəndaşına məxsus nəqliyyat vasitəsində, əl yükündə və bagajında bəyan edilməmiş 25 444,84 lari dəyərində (ümumi çəkisi: 115,64 qram) qızıl-zinət əşyaları aşkar ediblər.

InterPress.ge xəbər verir ki, bu barədə məlumatı Maliyyə Nazirliyinin Gəlirlər Xidməti yayıb. 

İş materialları əlavə cavab verilməsi üçün Maliyyə Nazirliyinin İstintaq Xidmətinə təhvil verilib.

Bizimlə əlaqə saxlayın