25 
Iyn
2024
13:10
399

Sərhəd polisi Gürcüstanın dövlət sərhədini qanunsuz keçmə faktını aşkarlayıb

Sərhəd polisi Gürcüstanın dövlət sərhədini qanunsuz keçən xarici ölkə vətəndaşını saxlayıb.

InterPress.ge xəbər verir ki, bu barədə Məlumatı Daxili İşlər Nazirliyinin sərhəd polisi yayıb.

“DİN sərhəd polisi əməkdaşlarının Batumi diviziyasının “Sərfi” sərhəd sektorunun mühafizə bölməsində xidməti itdən istifadə etməklə keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində Xarici ölkə vətəndaşı - 1996-cı il doğumlu  E.M Gürcüstanın dövlət sərhədini qanunsuz keçdiyi üçün həbs edib.

Sözügedən cinayət üç ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə vəya cərimə ilə cəzalandırılır.

İstintaq müəyyən edib ki, təqsirləndirilən şəxs Türkiyə Respublikasından Gürcüstan istiqamətində sərhəd-nəzarət məntəqəsindən yan keçməklə Gürcüstanın dövlət sərhədini qanunsuz keçib.

İstintaq Gürcüstan Cinayət Məcəlləsinin 344-cü maddəsinin 1-ci hissəsi, Gürcüstanın dövlət sərhədini qanunsuz keçmə ilə aparılır", - məlumatda deyilir. 

Bizimlə əlaqə saxlayın