Bizimlə əlaqəHaqqımızda—
Ən son:
TVCANLI

“Qafqaz Hüquq və İnteqrasiya Mərkəzi” Gürcüstanda yaşayan Azərbaycanlılara pulsuz hüquqi xidmət göstərir

468
“Qafqaz Hüquq və İnteqrasiya Mərkəzi” Gürcüstanda yaşayan Azərbaycanlılara pulsuz hüquqi xidmət göstərir
Dinləmək üçün basın

Bolnisi rayonunda fəaliyyət göstərən "Qafqaz Hüquq və İnteqrasiya Mərkəzi" rayon bələdiyyəsində 36 azərbaycanlı kəndinə pulsuz hüquqi xidmət göstərir.

Bolnisi rayonunda fəaliyyət göstərən "Qafqaz Hüquq və İnteqrasiya Mərkəzi" rayon bələdiyyəsində 36 azərbaycanlı kəndinə pulsuz hüquqi xidmət göstərir.

InterPress.ge xəbər verir ki, son illər ətraf kəndlərdə yaşayan azərbaycanlı sakinlər hüquqi sənədlərin tərtibi məsələlərinin həllində müxtəlif maneələrə rast gəlirdilər.

Mərkəzin hüquqşünası Əmrah İbrahimov Mərkəzə hüquqi xidmətlər üzrə müxtəlif yaş qruplarından olan şəxslərin müraciət etdiyini deyib. O  müraciətlərin əsasən mülkü və daşınmaz əmlakla bağlı olduğunu, eyni zamanda Gürcüstan vətəndaşlarına mərkəzi icra hakimiyyəti orqanlarına, məhkəmələrə məktub və müraciətlərin yazılması və digər hüquqi yardımlar da göstərildiyini nəzərə çatdırıb.

“Mərkəzdə pulsuz hüquqi xidmət Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və layihələri çərçivəsində həyata keçirilir. Son zamanlar ən çox müraciətlər hazırda Azərbaycanda övladları ilə yaşayan  və Gürcüstan vətəndaşı olan yaşlı nəslin nümayəndələrindən gəlir. Fürsətdən istifadə edib onlara bildirmək istəyirəm ki, Gürcüstan qanunvericiliyinə görə pensiya yaşına çatmış vətəndaşlara pensiya ancaq fondda  qeydiyyatda keçdikdən sonra təyin edilir. Əgər bir ildən sonra qeydiyyatdan keçsələr bu bir ilin pensiyası vətəndaşa verilmir. Buna görə də pensiya vaxtı çatmış insanlara vaxtında qeydiyyatdan keçməyi məsləhət görürük. Təbii ki,  bu məsələ bir nümunədir, ancaq digər məsələlərin həlli üçün biz  vətəndaşları maarifləndirmək məqsədilə qısa videoçarxlar hazırlayıb sosial şəbəkələrdə yayımına da başlamışıq” - deyə Əmrah İbrahimov bildirib.  

Xəbəri qiymətləndir
Məqalənin müəllifiAysel İsmayılova

Son xəbərlər

Aİ Rusiyaya qarşı sanksiya siyahısını genişləndirib – 12 fiziki şəxs və 101 qurum sanksiyalara məruz qalıbAİ Ukraynaya dron və döyüş sursatlarının alınması üçün 1,71 milyard avro ayırıbAİ Ukraynaya 8 milyard avroyadək maliyyə dəstəyi ayıracaqGürcüstanda xaricdə tanınan ümumi təhsil proqramlarının tətbiqi qaydası dəyişirGASU “AGORA” adlı yeni beynəlxalq tələbə layihəsinə start veribSon xəbərlərə bax →