25 
Iyn
2024
17:33
430

Gənc boksçu Rəhim Məmmədov Batumidə keçirilən beynəlxalq turnirin qalibi olub

Marneulidən olan boksçu Rəhim Məmmədov Batumidə keçirilən beynəlxalq turnirin çempionu olub.

InterPress.ge xəbər verir ki, Batumi şəhərində gənc və yaşlı boksçular arasında İrakli Abaşidzenin xatirəsinə həsr olunmuş boks zrə beynəlxalq turnir keçirilib.

Marneuli bələdiyyəsinin idman məktəbinin yetirməsi olan gənc boksçu Rəhim Məmmədov turnirdə uğurla çıxış edərək 51 kq çəki dərəcəsində qızıl medal qazanıb.

Bizimlə əlaqə saxlayın