Müxalifət lideri: "Kimsə 5-ci dəfə deyir ki, qayıdıram ancaq qayıda bilmir çünki qaçqındır və..."
"Siyasətdə kimin yerinin olduğunu gürcü seçicilər qərar verir. Lakin bu o demək deyil ki kimsə geri qayıdıb ölkəni xilas edəcək. Bu elə baş tuta bilməz, amma heç kim məcburi köçkün olmamalıdır".
InterPress.ge xəbər verir ki, bu haqda Avropalı Gürcüstan partiyasının liderlərindən biri Qiqa Bokeria Mixeil Saakaşvilinin video müraciəti ilə bağlı münasibət bildirib.
Onun sözlərinə görə, o, Saakaşvilinin neçənci sırada olduğunu saymayıb lakin siyasi qaçqın heç kim olmamalıdır.
"Bilmirəm nəyi nəzərdə tuturlar və Saakaşvili nə vaxt qayıdacaq amma "Avropa Gürcüstanı" və mən deyərdim ki, bu eyni ssenari artıq bitməlidir. Biri deyir qayıdacağam, ikinci deyir qayıda bilməz, bu sona çatmalıdır. Ölkə irəli getməlidir. Kimsə 5-ci dəfə deyir ki, qayıdıram ancaq qayıda bilmir çünki qaçqındır və bu sona çatmalıdır. Bu vəziyyəti İvanişvili rejimi yaradıb. Siyasi qaçqınlarımız var və biz bunu yalnız bir fiqur üçün yox hamı üçün sonlandıracağıq", - dedi Bokeria.
Vahid milli hərəkat partiyası tərəfindən Mixeil Saakaşvilinin baş nazir vəzifəsinə namizədliyinin irəli sürülməsinə gəlincə onun sözlərinə görə, bu qərarın ətrafında koalisiya yarana bilməz.
"Bütün siyasi qüvvələrin istədiyi şəxsi namizəd olaraq təqdim etməyə hüququ var. Biz bu namizədi dəstəkləmirik. Bizim öz baxışımız olacaq və əgər proqnozdan soruşursunuzsa təbii ki, bunun ətrafında koalisiya yarana bilməz",- deyə Qiqa Bokeria bildirib.