25 
Iyn
2024
21:12
577

Bolnisidən olan gənc rəssamın Tbilisidə “Uğura ilk addımım” adlı rəsm sərgisi keçirilib

Bolnisi bələdiyyəsinin Dəllər kəndindən olan gənc rəssam Turanə Süleymanlının Tbilisidə Mirzə Fətəli Axundov adına muzeydə “Uğura ilk addımım” adlı rəsm sərgisi keçirilib.

InterPress.ge xəbər verir ki, sərginin açılışında Azərbaycan Respublikasının Gürcüstandakı səfirliyinin əməkdaşları, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tədbir zamanı gənc rəssam öz yaradıcılığı haqqında ictimaiyyətə ətraflı məlumat verib. Daha sonra sərginin təşkilində və açılışında dəstək olan müəllimi Araz Musayevə öz təşəkkürünü bildirib. O, Araz müəllimin ona və onlarla gəncə təhsil və inkişaf sahəsinə dəstəyini xüsusi olaraq vurğulayıb.

Turanə Süleymanlının müxtəlif mövzularda olan rəsmləri qonaqlar tərəfindən böyük maraqla qarşılanıb.

Bizimlə əlaqə saxlayın