Bizimlə əlaqəHaqqımızda—
Ən son:
TVCANLI

Sindi Dayer: Biz Gürcüstanda qəbul edilmiş "Xarici agentlər" qanununun nəticələrini izləyirik

284
Sindi Dayer: Biz Gürcüstanda qəbul edilmiş "Xarici agentlər" qanununun nəticələrini izləyirik
Dinləmək üçün basın

Amerika Birləşmiş Ştatları Gürcüstan hökumətinin qəbul etdiyi “Xarici agentlər” qanununun nəticələrini izləyir.

Amerika Birləşmiş Ştatları Gürcüstan hökumətinin qəbul etdiyi “Xarici agentlər” qanununun nəticələrini izləyir.

InterPress.ge xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin insan alveri məsələləri üzrə nümayəndəsi Sindi Dayer ABŞ Dövlət Departamentinin insan alveri ilə bağlı hesabatını təqdim edərkən deyib.

“Xarici agentlər haqqında belə bir qanunun qəbulu, əlbəttə ki, bizi narahat edirdi. Hazırda biz buna nəzarət edirik. İnsan Alverinə Nəzarət və Mübarizə İdarəsində biz bəzən qeyd edirik ki, hesabat dövründə hansısa ölkə qanun qəbul edə bilər və biz narahat ola bilərik, lakin gələn ilə qədər həmin qanunun nəticələrini və ya təsirini görməyə bilərik. Təbii ki, bu, belə mühüm xidmətlər göstərən QHT-lərin və etibar etdiyimiz vətəndaş cəmiyyəti təşkilatlarının işində heç bir problem yaşamaması üçün baxacağımız bir şeydir. Əgər onların fəaliyyətində problemlər yaranarsa, bu, qəbul edilən hər hansı qanunun nəticələri kimi, bizim mütləq diqqətlə izləyəcyimiz bir şeydir.” – deyə Sindi Dayer bildirib.
 

Xəbəri qiymətləndir
Məqalənin müəllifiAysel İsmayılova

Son xəbərlər

Kobaxidze: Gürcüstanda yarım milyondan çox insan yoxsulluqdan çıxıbAİ Rusiyaya qarşı sanksiya siyahısını genişləndirib – 12 fiziki şəxs və 101 qurum sanksiyalara məruz qalıbAİ Ukraynaya dron və döyüş sursatlarının alınması üçün 1,71 milyard avro ayırıbAİ Ukraynaya 8 milyard avroyadək maliyyə dəstəyi ayıracaqGürcüstanda xaricdə tanınan ümumi təhsil proqramlarının tətbiqi qaydası dəyişirSon xəbərlərə bax →