26 
Iyn
2024
14:09
328

Azərbaycanın xarici işlər naziri Gürcüstana rəsmi səfər edəcək

Sabah Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Gürcüstana rəsmi səfər edəcək.

InterPress.ge xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb.

Nazirliyin məlumatına görə, səfər çərçivəsində Azərbaycanın xarici işlər nazirinin Gürcüstanın baş naziri İrakli Kobaxidze, Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili və xarici işlər naziri İlya Darçiaşvili  ilə görüşləri nəzərdə tutulub.

“Xarici işlər nazirlərinin görüşündə ikitərəfli əməkdaşlığın gündəliyinə daxil olan mühüm məsələləri və regional əməkdaşlıq məsələlərini müzakirə ediləcək. Görüşdən sonra mətbuata açıqlamalar veriləcək.

Səfər çərçivəsində Ceyhun Bayramov Gürcüstanın birliyi uğrunda canlarından keçmiş qəhrəmanların xatirəsini ehtiramla yad edərək, önünə əklil qoyacaq, həmçinin Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin abidəsini ehtiramla yad edəcək”, - məlumatda deyilir. 

Bizimlə əlaqə saxlayın