Bizimlə əlaqəHaqqımızda—
Ən son:
TVCANLI

Şalva Papuaşvili Azərbaycanın xarici işlər naziri ilə görüşdü

361
Şalva Papuaşvili Azərbaycanın xarici işlər naziri ilə görüşdü
Dinləmək üçün basın

Gürcüstan Parlamentinin sədri Şalva Papuaşvili Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramovla görüşüb.

Gürcüstan Parlamentinin sədri Şalva Papuaşvili Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramovla görüşüb.

InterPress.ge-nin xəbərinə görə, xarici işlər naziri gürcü tərəfini Avropa çempionatında qrup mərhələsinin üçüncü oyununda əldə edilmiş qələbə münasibətilə təbrik edib və Gürcüstanın Azərbaycanda çoxlu tərəfdarının olduğunu qeyd edib.

“Tərəflər Gürcüstan və Azərbaycan arasında möhkəm dostluq əlaqələrini vurğuladılar və iki ölkə arasında strateji tərəfdaşlığın gələcək inkişafına hazır olduqlarını təsdiq etdilər.

Tərəflər iki ölkə arasında ikitərəfli və çoxtərəfli münasibətləri müzakirə etdilər. Həmçinin, enerji resurslarının nəqli üçün sürətli və etibarlı marşrut kimi Orta Dəhlizin artan əhəmiyyətinə diqqət yetirilib. Görüşdə nəqliyyat və enerji layihələrindən danışıblar. Qara dəniz sualtı kabel layihəsi vurğulanıb.

Görüşdə regional sülhün əhəmiyyəti qeyd edildi. Azərbaycan və Ermənistan arasında sülh sazişi ilə bağlı davam edən danışıqlara toxunulub” – Gürcüstan Parlamentinin məlumatında qeyd olunub.

Şalva Papuaşvili, Gürcüstanın regional sabitliyi və sülhü, o cümlədən parlament diplomatiyası çərçivəsində dəstəkləməyə hər zaman hazır olduğunu bildirib.

Görüşdə parlament sədrinin müavini Arçil Talakvadze, parlamentin üzvləri: Nikoloz Samxaradze, Mariam Laşxi, Savalan Mirzoyev, Zaur Darğallı və Gürcüstanın Azərbaycan Respublikasındakı səfiri Zurab Pataradze iştirak edib.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiHumay Məmmədova

Son xəbərlər

Aİ Rusiyaya qarşı sanksiya siyahısını genişləndirib – 12 fiziki şəxs və 101 qurum sanksiyalara məruz qalıbAİ Ukraynaya dron və döyüş sursatlarının alınması üçün 1,71 milyard avro ayırıbAİ Ukraynaya 8 milyard avroyadək maliyyə dəstəyi ayıracaqGürcüstanda xaricdə tanınan ümumi təhsil proqramlarının tətbiqi qaydası dəyişirGASU “AGORA” adlı yeni beynəlxalq tələbə layihəsinə start veribSon xəbərlərə bax →