Tbilisidə imtahan müddətində əlavə avtobus marşrutları fəaliyyət göstərəcək
Milli Qiymətləndirmə və İmtahan Mərkəzi tərəfindən müəyyən edilmiş imtahan dövründə iyulun 3-dən avqust ayına kimi bələdiyyə avtobuslarının əlavə marşrut xətləri imtahan mərkəzlərinə ayrılacaq.
InterPress.ge xəbər verir ki, bu barədə Tbilisi meri Kaxa Kaladze bildirib.
Kaladzenin qeyd etdiyi kimi, avtobuslar saat 06:00-dan axşam saat 20:00-dək müəyyən olunmuş marşrutlar üzrə vətəndaşlara xidmət göstərəcək.
"Avtobuslar müxtəlif dövlət məktəblərində imtahan verməli və ya abituriyentlərə xidmət göstərməli olan şəxsləri imtahan mərkəzlərinin yerləşəcəyi Tbilisinin N39, N103, N133, N147, N175, N177, N191 və 207 saylı dövlət məktəblərinin yaxınlığına aparacaq.
Bu müvəqqəti marşrutlarda avtobuslar saat 06:00-dan axşam saat 20:00-dək standart tariflə vətəndaşlara xidmət göstərəcək.
“Müvəqqəti marşrutlar haqqında ətraflı məlumat meriyanın saytında yerləşdiriləcək və bu barədə KİV-ə məlumat veriləcək”, - Kaladze bildirib.


