13 yaşlı qızın intim videosunu yaxınlarına göndərən 28 yaşlı şəxs saxlanılıb
Xüsusi İstintaq Xidmətinin əməkdaşları tərəfindən 13 yaşlı qızın şəxsi həyat sirrini pozan 28 yaşlı şəxs saxlanılıb.
InterPress.ge xəbər verir ki, bu barədə məlumatı Xüsusi İstintaq Xidməti yayıb.
“Onlar hər gün Facebook/Messenger videozəngləri vasitəsilə bir-biriləri ilə danışıblar, bu zaman təqsirləndirilən şəxs hədə-qorxu və şantaj yolu ilə qurbanı onun gözü qarşısında soyunmağa məcbur edib və ya ailə üzvlərinə zərər verməklə hədələyib.
2024-cü ilin may ayında müttəhim azyaşlı qurbanın 17 yaşlı bacısı və ögey atasına 13 yaşlı qızın intim video fayllarını göndərib. Həmçinin o, zərərçəkmişin bacısından onun qarşısında soyunmasını tələb edib, əks halda zərərçəkmişin intim video çəkilişlərini ictimaiyyətə açıqlayacağı ilə hədələyib. Təqsirləndirilən şəxslər rədd cavabını aldıqdan sonra “FACEBOOK” sosial şəbəkəsində zərərçəkmiş azyaşlı ilə videozənglər vasitəsilə əlaqə saxlayarkən çəkilmiş intim məzmunlu videoyazıları dərc edib.
Zərərçəkmiş azyaşlı müraciət etdikdən sonra Xüsusi İstintaq Xidməti dərhal araşdırma aparıb. Keçirilən əməliyyat-istintaq tədbirləri nəticəsində təqsirləndirilən şəxsin şəxsiyyəti və olduğu yer müəyyən edilib. Onun mobil telefonuna şəxsi baxış nəticəsində 13 yaşlı qızın qanunvericiliyə uyğun olaraq məhv ediləcək intim video və fotoları aşkar edilib.
Təqsirləndirilən şəxs Gürcüstan Cinayət Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan cinayətə görə həbs edilib. Cinayət 7 ilə qədər azadlıqdan məhrumetmə ilə cəzalandırılır.
Qeyd olunan faktla bağlı Xüsusi İstintaq Xidməti tərəfindən araşdırmalar davam etdirilir”, - məlumatda bildirilir.


