InterPress.ge xəbər verir ki, konstitusiyaya görə, yaz sessiyası iyunun sonuncu cümə günü bağlanır.
“Həmkarlar, gündəmdəki məsələlər tamamlandı və tükəndi. Bu gün iyunun son cümə günüdür, ona görə də Gürcüstan Konstitusiyasının 44-cü maddəsinin birinci bəndinə uyğun olaraq, mən Gürcüstan parlamentinin yaz sessiyasını qapalı elan edirəm”, - parlamentin sədri Şalva Papuaşvili bildirib.
Papuaşvili yaz sessiyasını qapalı elan etdikdən sonra Gürcüstanın dövlət himni səsləndirilib.
