Gürcüstan millisi İspaniyaya qol vurub.
InterPress.ge xəbər verir ki, qarşılaşma Almaniyanın Köln şəhərində keçirilir.
Avropa çempionatının səkkizinci final mərhələsinin oyunu Tbilisi vaxtı ilə saat 23:00-da başlayıb.
Gürcüstan millisi iyunun 18-də Avropa çempionatında ilk oyununu Türkiyəyə qarşı keçirib və 1:3 hesabı ilə uduzub, iyunun 22-də isə Çexiya millisi ilə görüş 1:1 hesablı bərabərliklə başa çatıb və ilk xalını qazanıb. İyunun 26-da Gürcüstan millisi qrup mərhələsinin üçüncü oyununda Portuqaliyaya 2:0 hesabı ilə qalib gələrək ilk Avropa çempionatında pley-offa yüksəlib.
