Bu gündən müəllimlərin əməkhaqqının ödənilməsi ilə bağlı yeni mexanizm işə salınacaq
Bu gündən etibarən Gürcüstanda müəllimlərin əməkyhaqqının ödənilməsi ilə bağlı yeni mexanizm işə salınacaq.
InterPress.ge xəbər verir ki, bu barədə müvafiq qərarı Gürcüstan hökuməti qəbul edib.
Qərara əsasən, bütün dövlət məktəblərinin müəllimləri və xüsusi müəllimlərin maaşı orta hesabla 500 lari artacaq.
Bu gün sistemdə 52 000-dən çox müəllim var və onlardan orta hesabla 21 000 müəllimin maaşı 500 lari, 8000 müəllimin maaşı 600 lari, 5000 müəllimin maaşı 700 lari və 3000-ə qədər müəllimin maaşıda 800 lariyə dək artacaq. Bu da cəmi 70% müəllimdən çoxunu təşkil edir. Müəllimlərin 25%-inin maaşı təxminən 300-dən 400 lariyə qədər artır.
Qeyd edək ki, heç bir müəllim maaş artımı olmadan qalmayacaq, ən azı 200 larilik artım, hətta kiçik saatlıq dərs yükü olsa belə, tamamilə bütün müəllimlərə şamil olunacaq. Müəllimlərin təxminən 5%-i belədir.
Maaş islahatı ilə paralel olaraq karyera sxeminin inkişafı üzrə də işlərə başlanılır. Bu məqsədlə Gürcüstanın Təhsil, Elm və Gənclər Nazirliyində bütün maraqlanan tərəfləri cəlb etmək üçün xüsusi inklüziv komissiya yaradılır. İşçi qrupu bu ilin sonuna kimi beynəlxalq təcrübə və yerli tədqiqatlar əsasında təkmilləşdirilmiş model hazırlayacaq.” – deyə məlumatda deyilir.


