01 
Iyl
2024
12:45
271

Baş nazir: 30 ildən sonra ilk dəfə tarix yazıldı- Mən uşaqlara bir daha təşəkkür etmək istəyirəm

"Mən uşaqlara bir daha təşəkkür etmək istəyirəm, biz gördük və şəxsən onlara təşəkkür etdik, onlar bizə bu müddət ərzində bütün insanlara bir nağıl hədiyyə etdilər və hər birimizə böyük sevinc və qürur hissi bəxş etdilər, hərşey üçün bir daha təşəkkür edirəm uşaqlar.!"

InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstanın baş naziri İrakli Kobaxidze Kölndə keçirilən Gürcüstan və İspaniya matçından sonra deyib.

Hökumət başçısının sözlərinə görə, tarix yazılıb, çünki 30 ildən sonra Gürcüstan millisi Avropa çempionatına yollanıb və elə ilk çempionatda Avropanın 16 ən yaxşı komandası arasında olub.

“Təəssüf doğuran məğlubiyyətimiz olsa da, əvvəldən axıra kimi müsbət emosiyalarla yüklənirəm. Hər kəs bilir ki, İspaniya Avropanın ən yaxşısı olmasa da, ən yaxşı komandalarından biridir. Buna görə də, bu oyun çətin idi, amma uşaqlar bu oyunda hər şeyi etdilər və yalnız onlara təşəkkür düşür.ilk növbədə Bu bir tarixdir, tarix yazılıb. Komandamız 30 ildən sonra ilk dəfə olaraq Avropa çempionatına yollandı və elə ilk çempionatda alt qrupdan çıxaraq Avropanın ən yaxşı 16 komandası arasında yer aldı. Bu, tarixdir və o deməkdir ki, gürcü futbolu irəliyə doğru çox böyük addım atıb. Onlar tez-tez sinif artırmaqdan danışırlar. Belə turnirlər olmadan sinifi artırmaq mümkün deyil. Bu turnirdə iştirak etmək və ilk uğur o deməkdir ki, bu gün sinif baxımından dünənkindən daha irəlidəyik. Ona görə də bütün nöqteyi-nəzərdən oğlanların çox şərəflə iştirak etdiyi bu çempionat tarix idi.” – deyə İrakli Kobaxidze bildirib.

 

Bizimlə əlaqə saxlayın