02 
Iyl
2024
12:31
223

Qoridə orta yaşlı kişini yaralayıblar

1 iyul gecə saatlarında Qoridə 40 yaşlarında kişiyi mübahisə zamanı yaralayıblar. 

InterPress.ge xəbər verir ki, hadisə Kombinati qəsəbəsində baş verib. 

Beləki Qori şəhərində qonağ olan 40 yaşlarında olan şəxs və yerli sakinlər arasında qarşıdurma olub, nəticədə kəskin cisimlə kişiyi yaralıyıblar.

Yaralı şəxs dərhal Qori xəstəxanasına aparılıb və orada ona tibbi yardım göstərilib. Həkimin sözlərinə görə, xəsarət alan şəxsin kəsici-deşici əşyadan aldığı müxtəlif dərəcəli xəsarətlər var və hazırda onun həyatı üçün təhlükə yoxdur.

Qeyd edək ki, artıq hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerini əhatə edən ərazidən videomüşahidə kameralarının çəkilişlərini götürüblər və bununla bağlı istintaq hərəkətləri davam etdirilir.

Faktla bağlı Daxili İşlər Nazirliyində Cinayət Məcəlləsinin sağlamlığa az ağır zərər vurma-118-ci maddəsi ilə araşdırma başlanılıb.
 

Bizimlə əlaqə saxlayın