02 
Iyl
2024
13:18
405

Miqrasiya departamentinin əməkdaşları 26 xarici ölkə vətəndaşını Gürcüstandan çıxarıb

Daxili İşlər Nazirliyinin Miqrasiya İdarəsinin əməkdaşları ötən ay Gürcüstanın “Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquqi statusu haqqında” qanuna əsasən müxtəlif ölkələrin 26 vətəndaşını ölkədən çıxarıblar.

InterPress.ge xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Məlumata əsasən, xarici ölkə vətəndaşlarının bir qismi Gürcüstanı könüllü tərk edib, bir qismi isə Miqrasiya İdarəsinin həyata keçirdiyi tədbirlər nəticəsində ölkədən məcburi çıxarılıb.

Gürcüstanın “Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquqi statusu haqqında” Qanununa əsasən, İran İslam Respublikası, Pakistan İslam Respublikası, İordaniya Haşimilər Krallığı, İraq Respublikası, Rusiya Federasiyası, Misir Ərəb Respublikası , Banqladeş Xalq Respublikası, Nigeriya Federativ Respublikası, Hindistan Respublikası və başqaları  olmaqla ümumilikdə 26 xarici ölkə vətəndaşı ölkədən çıxarılıb.

Daxili İşlər Nazirliyinin Miqrasiya İdarəsi ölkə daxilində qeyri-qanuni miqrasiyaya qarşı mübarizə aparan orqandır. Onun səlahiyyətlərindən biri qanuni əsas olmadan Gürcüstanda olan əcnəbi vətəndaşları müəyyən etmək və onları Gürcüstandan çıxarmaqdır.” – deyə məlumatda deyilir.

 

Bizimlə əlaqə saxlayın