02 
Iyl
2024
15:26
1651

Marneulidə avtomobil qəzası baş verdi - Avtomobil aşdı (FOTO)

Marneulinin Rustaveli küçəsində yol- nəqliyyat hadisəsi baş verib.

InterPress.ge xəbər verir ki, Mini cooper markalı avtomobil yolda sürətlə hərəkət edərkən Ford Fusion markalı avtomobilə çırpılıb, çırpılma  zamanı Mini cooper Markalı avtomobil aşıb.

Məlumata əsasən, toplaşan vətəndaşların yardımı ilə aşan avtomobil çevirilərək içindəki yaralılar avtomobildən təxliyyə edilib.

Qəza zamanı Marneulinin mərkəzi küçəsi olan Rustaveli küçəsində güclü tıxac yaranıb və yol bağlanılıb.

Hadisə yerinə polis əməkdaşları və təcili tibbi yardım briqadası cəlb olunub. Faktla bağlı araşdırma aparılır.

 

Bizimlə əlaqə saxlayın