02 
Iyl
2024
15:59
276

Sərhəd polisi qrup halında sərhədi qanunsuz keçməyə cəhd edən 2 nəfəri saxlayıb

Daxili İşlər Nazirliyinin Sərhəd Polisi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Batumi diviziyasının “Kirnati” sərhəd sektorunun mühafizə bölməsində iki əcnəbi vətəndaşı – 1992-ci il təvəllüdlü A.A və 1994-cü il təvəllüdlü M.A.-yı qrup halında Gürcüstanın dövlət sərhədini qanunsuz keçməyə cəhd etdiklərinə görə tutulublar.

InterPress.ge xəbər verir ki bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Məlumata əsasən, təqsirləndirilən şəxslər sərhəd-nəzarət məntəqəsindən yan keçərək Gürcüstandan Türkiyə Respublikası istiqamətində qrup halında Gürcüstanın dövlət sərhədini qanunsuz keçməyə cəhd ediblər.

Qeyd edək ki, İstintaq Gürcüstan Cinayət Məcəlləsinin ikinci hissəsinin 19-cu maddəsi və 344-cü maddəsinin qrup halında Gürcüstanın dövlət sərhədini qanunsuz keçməyə cəhddən bəhs edən “a” bəndi ilə aparılır. Cinayət 5 ilə qədər azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
 

Bizimlə əlaqə saxlayın