Vahid milli imtahanlarda iştirak etmək üçün qeydiyyatdan keçən abituriyentlərin sayı açıqlanıb
Vahid milli imtahanlarda iştirak etmək üçün 47 mindən çox abituriyent qeydiyyatdan keçib.
InterPress.ge xəbər verir ki, bu barədə təhsil naziri Giorgi Amilaxvari jurnalistlərə açıqlamasında bildirib.
Nazirin sözlərinə görə, ölkənin 12 şəhərində 24 imtahan mərkəzi tam hazır vəziyyətdədir və bütün avadanlıqlarla təmin olunub.
“47 mindən çox abituriyent qeydiyyatdan keçib. Namizədlərimizin dinc şəraitdə maksimum biliklərini nümayiş etdirmələri və ən yüksək bal toplamaları üçün lazım olan bütün avadanlıq, soyutma sistemləri və hər cür şəraitlə təchiz olunmuş 24 imtahan mərkəzi ölkənin 12 şəhərində tam şəkildə yayılmış və hazırlanmışdır. Hər bir abituriyentə uğurlar arzulamaq istəyirəm. Onların öz biliklərini rahat şəkildə ifadə edə bilmələri üçün tam şərait yaradılır, hər birinə öz istədiyi universitetə daxil olmağı arzu edirəm.” – deyə Giorgi Amilaxvari bildirib.
Məlumat üçün bildirək ki, bu gündən vahid milli imtahanlar başlayıb. Milli Qiymətləndirmə və İmtahan Mərkəzinin məlumatına görə, abituriyentlər gürcü dili və ədəbiyyatından ilk imtahan verəcəklər. İyulun 26-da fizika imtahanı ilə başa çatacaq.


