03 
Iyl
2024
10:39
273

İstintaq xidməti tərəfindən külli miqdarda qəsdən vergidən yayınma faktı müəyyən edilib

Gürcüstan Maliyyə Nazirliyinin istintaq xidmətinin əməkdaşları tərəfindən həyata keçirilmiş istintaq-əməliyyat tədbirləri nəticəsində bir nəfərə qarşı xüsusilə külli miqdarda vergidən qəsdən yayınma faktı üzrə cinayət təqibi başlanıb.

InterPress.ge xəbər verir ki, bu barədə məlumatı Maliyyə Nazirliyinin İstintaq Xidməti yayıb.

Nazirliyin məlumatına görə, istintaq müəyyən edib ki, təqsirləndirilən şəxs qanunsuz maddi gəlir əldə etmək məqsədilə vergi qanunvericiliyini pozaraq, idarə etdiyi şirkətin gəlirlərini sistematik olaraq düzgün bəyan etməmiş, hansı yolla olursa olsun, dövlət büdcəsinə aid - 1 499 116 lari məbləğində əsas vergidən yayınmışdır.

“İstintaq Gürcüstan Cinayət Məcəlləsinin 218-ci maddəsinin ikinci hissəsi ilə aparılır. Sözügedən cəza 5 ildən 8 ilədək müddətə azadlıqdan məhrum etməni nəzərdə tutur.” – deyə məlumatda qeyd olunur.

Bizimlə əlaqə saxlayın