Tbilisidə “Gürcüstanın futbol komandasına təşəkkürlər” adlı tədbir keçirilib
2 iyul gecə saatlarında Azadlıq meydanında “Gürcüstanın futbol komandasına təşəkkürlər” adlı tədbir keçirilib.
InterPress.ge xəbər verir ki, Azadlıq meydanına toplaşan azarkeşlər komandanın Avropa çempionatında qazandığı uğura görə futbolçulara təşəkkür edib.
Xüsusilə təntənəli tədbir üçün səhnə qurulub. Milli komandanın məşqçisi Villi Saniol və yığmanın kapitanı Quram Kaşia azarkeşlər qarşısında çıxış ediblər. Bundan əvvəl futbol komandasının üzvü Nika Kvekveskiri hər bir oyunçunu azarkeşlərə təqdim edərək, onların nailiyyətlərini diqqətə çatdırıb.
Tədbir başlamazdan əvvəl milli komandanın futbolçuları yürüş keçirib, Onlar Çavçavadze-Melikişvili-Rustaveli prospektlərindən keçərək açıq avtobusla Azadlıq meydanına gəliblər.
Azadlıq meydanında keçirilən təntənəli tədbirə Gürcüstanın baş naziri İrakli Kobaxidze və Gürcüstan prezidenti də qatılaraq qazanılan uğura görə yığmanın hər bir üzvünə təşəkkür ediblər.


