Havanın temperaturu yenidən yüksələcək - RƏSMİ PROQNOZ
İyulun 7-dək yüksək temperatur fonunda respublikanın bəzi ərazilərində yağış yağacağı, dolu düşəcəyi, güclü küləyin əsəcəyi ehtimalı var.
InterPress.ge xəbər verir ki, bu barədə Milli Ətraf Mühit Agentliyi məlumat yayıb.
Agentliyin məlumatına görə, havanın temperaturu iyulun 4-də Qərbi Gürcüstanda, iyulun 5-6-da isə Şərqi Gürcüstanda +33, +38 dərəcəyədək yüksələcək.
Tbilisidə hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. İyulun 4-də havanın temperaturu gündüz 33, 35 dərəcə isti, iyulun 5-6-da isə 36, 38 dərəcəyədək yüksələcək.
Sahil rayonlarında (Batumi, Kobuleti, Anaklia, Poti): iyulun 4-də isti və yağmursuz hava şəraiti gözlənilir. Havanın temperaturu gündüz +31, +33 dərəcə təşkil edəcək. İyulun 5-də günün sonunda və iyulun 6-da qısamüddətli yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Havanın temperaturu +27, +29 dərəcəyə enəcək.
Qərbi Gürcüstanın düzənlik rayonlarında (Zestafoni, Kutaisi, Samtredia, Zuqdidi, Martvili, Ozurqeti): iyulun 4-də hava şəraitinin isti və yağmursuz keçəcəyi gözlənilir. Havanın temperaturu gün ərzində +36, +38 dərəcəyədək yüksələcək. İyulun 5-də günün sonunda və 6 iyulda bəzi yerlərdə yağış yağacağı, temperaturun +28, +30 dərəcəyədək enəcəyi gözlənilir.
Qərbi Gürcüstanın dağlıq rayonlarında (Ambrolauri, Oni, Tsageri, Şovi, Çiatura, Saçxere, Xulo, Rikoti aşırımında): iyulun 4-5-də isti və əsasən yağmursuz hava şəraiti gözlənilir, iyulun 6-da isə yağış yağacaq. Havanın temperaturu gündüz +34, +36 dərəcə təşkil edəcək.
Qərbi Gürcüstanın dağlıq rayonlarında (Mestia, Baxmaro): iyulun 4-də hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. İyulun 5-də günün sonunda və iyulun 6-da bəzi yerlərdə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Havanın temperaturu +28, +30 dərəcə təşkil edəcək.
Kartlidə (Rustavi, Bolnisi, Marneuli, Qardabani, Qori, Sxinvali): yüksək temperatur fonunda bəzi yerlərdə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Dolu və güclü küləklər ola bilər. İyulun 4-də havanın temperaturu gündüz 33, 35 dərəcə isti, iyulun 5-6-da isə 36, 38 dərəcəyədək yüksələcək.
Kaxetidə ( Saqareco, Telavi, Qurcaani, Siqnaxi, Laqodexi, Kvareli, Axmeta, Dedoplistskaro): yüksək temperatur fonunda bəzi yerlərdə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Dolu və güclü küləklər ola bilər. İyulun 4-də havanın temperaturu gündüz 33, 35 dərəcə isti, iyulun 5-6-da isə 36, 38 dərəcəyədək yüksələcək.
Şərqi Gürcüstanın dağlıq rayonlarında (Axalsixe, Borjomi, Duşeti, Tianeti, Fasanauri): yüksək temperatur fonunda bəzi yerlərdə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Dolu və güclü küləklər ola bilər. Havanın temperaturu gündüz +33, +35 dərəcə təşkil edəcək.
Şərqi Gürcüstanın dağlıq rayonlarında (Axalkalaki, Tsalka, Bakuriani, Qudauri, Omalo): qısamüddətli yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Bəzi yerlərdə dolu, güclü külək ola bilər. Havanın temperaturu gündüz +25, +27 dərəcə təşkil edəcək.


