Rus işğalçı qüvvələri tərəfindən qanunsuz saxlanılan Gürüstan vətəndaşı azadlıqdadır
Rusiya işğalçı qüvvələrinin işğal etdiyi Balta kəndi yaxınlığında qanunsuz saxlanılan Zurab Lobjanidze azaddır və mərkəzi hökumətin nəzarətində olan ərazidədir.
InterPress.ge xəbər verir ki, bu barədə Məlumatı Dövlət Təhlükəsizliyi Xidməti yayıb.
DTX- nin yaydığı məlumata əsasən, Zurab Lobjanidzenin qanunsuz həbsdən azad edilməsi prosesində həm Avropa İttifaqının Gürcüstandakı Monitorinq Missiyasının (EUMM) idarə etdiyi “qaynar xətt” mexanizmindən, həm də mərkəzi hökumətin sərəncamında olan bütün müvafiq vasitələrdən fəal istifadə edilib.
“Gürcüstanın işğal olunmuş rayonlarında və işğal xətti boyunca həyata keçirilən bütün dağıdıcı hərəkətlərə görə məsuliyyət işğalçı dövlətin üzərinə düşür.
Mərkəzi hökumət beynəlxalq tərəfdaşlarla birlikdə işğal olunmuş ərazilərdə qanunsuz həbsdə olan bütün Gürcüstan vətəndaşlarının azad edilməsi üçün fəal işləməyə davam edir.” – deyə məlumatda deyilir.


