04 
Iyl
2024
10:41
377

Müdafiə Qüvvələrinə məxsus SU- 25 təyyarəsinin qəzaya uğradığı yerdə əməliyyat-axtarış tədbirləri başa çatıb

Bolnisi bələdiyyəsində Gürcüstanın Müdafiə Qüvvələrinə məxsus SU- 25 tipli təyyarənin qəzaya uğradığı yerdə Müdafiə Nazirliyinin Hərbi Polis İdarəsinin nümayəndələri istintaq və axtarış tədbirlərini başa çatdırıblar.

InterPress.ge xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumata əsasən, Müdafiə Qüvvələrinin və Daxili İşlər Nazirliyinin bölmələrinin nümayəndələri artıq ərazini tərk ediblər.

“İşdə obyektiv həqiqətin üzə çıxarılması məqsədilə bir neçə hektar ərazidə 24 saatlıq rejimdə sübutların toplanması istiqamətində müvafiq işlər aparılıb.

Ekspert-kriminalistlırin iştirakı ilə qəza yerinə ətraflı baxış keçirilib. Nəticədə iş üçün vacib olan sübutlar müəyyən edilib və götürülüb. Təyyarənin hissələri müəyyən edilib və qara qutu aşkar edilib.

İstintaq çərçivəsində mühüm sənədlər götürülüb, şahidlər dindirilib. Mühəndis-texniki ekspertizası təyin edilib. Kimyəvi, ballistik və video-texniki ekspertizalar nəzərdə tutulub.

Hadisənin səbəblərinin müəyyən edilməsi məqsədilə Müdafiə Nazirliyinin Hərbi Polis İdarəsi tərəfindən Baş Prokurorluğun nəzarəti altında istintaq hərəkətləri davam etdirilir. Hadisə ilə bağlı 401-ci maddə ilə cinayət işi başlanıb.

Müdafiə Nazirliyi Müdafiə Qüvvələrinin Aviasiya və Hava Hücumundan Müdafiə Komandanlığının pilotu polkovnik-leytenant Kaxaber Zurabaşvilinin vəfatı ilə bağlı dərin hüznlə kədərləndiyini bildirir, ailəsinə və yaxınlarına başsağlığı verir”, - deyə nazirliyin bəyanatında bildirilib.
 

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər