Vaja Siradze: Heç bir hüquq-mühafizə orqanının əməkdaşına qarşı sanksiya və ya məhdudiyyət tətbiq edilməyib
"Heç bir hüquq-mühafizə orqanının əməkdaşına, o cümlədən mənə qarşı heç bir sanksiya vəya məhdudiyyət tətbiq edilməyib."
InterPress.ge xəbər verir ki, bu barədə ABŞ-ın Gürcüstandakı səfirliyində keçirilən qəbulda Patrul Polis Departamentinin direktoru Vaja Siradze bildirib.
Siradzenin sözlərinə görə, Daxili İşlər Nazirliyinin ABŞ ilə tərəfdaşlıq əlaqələri var.
“Daxili İşlər Nazirliyinin ABŞ-la aktiv və yaxın əlaqələri var, bu əlaqələr hər gün davam edir.
Sanksiya məsələsinə gəlincə, bu barədə nə mənə, nə də heç bir güc strukturuna rəsmi məlumat gəlməyib. Yoxlanılmamış məlumatların müəyyən televiziyalar tərəfindən inamla yayılması çox acınacaqlıdır. Onların məqsədi həmişə olduğu kimi bu üsullarla polisi gözdən salmaqdır.
Mən də daxil olmaqla heç bir hüquq-mühafizə orqanının əməkdaşına qarşı heç bir sanksiya və ya məhdudiyyət tətbiq edilməyib”, - deyə Siradze bildirib.


