04 
Iyl
2024
12:38
321

Vahid milli və ümumi magistratura imtahanları verenlər arasında məhkumlarda var

Bu il 4-ü azyaşlı olmaqla, 34 məhkum vahid milli və ümumi magistratura imtahanları verəcək.

InterPress.ge xəbər verir ki, bu barədə Penitensiar Xidmət məlumat yayıb.

Qurumun məlumatına görə, məhkumların akademik təhsilə çıxış imkanları xüsusi penitensiar xidmətin prioritet istiqamətidir.

“Bu məqsədlə 2022-ci ildən penitensiar sistemdə məhkumlara Gürcüstanın səlahiyyətli ali məktəblərində həm bakalavr, həm də magistratura pillələrində distant olaraq ali təhsil almaq imkanı verən “Rəqəmsal Universitet” innovativ layihəsi fəaliyyət göstərir.

Qeyd edək ki, “Rəqəmsal Universitet” Avropa Həbsxana və Penitensiar Sistemlər Təşkilatı (Europris) tərəfindən Avropanın 3 ən yaxşı yeniliyi arasında yer alıb. İllik Europris mükafatına Avropa ölkələrindən 37 layihə təqdim olunub.“ – deyə Penitensiar Xidmətin yaydığı məlumatda deyilir. 
 

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər