İyun ayı ərzində rüsumsuz siqaretlərin qanunsuz saxlanılması, daşınması və satışı ilə bağlı 22 fakt aşkar edilib
İstintaq xidmətinin əməkdaşları tərəfindən iyun ayı ərzində rüsumsuz siqaretlərin qanunsuz saxlanılması, daşınması və satışı ilə bağlı 22 fakt aşkar edilib.
InterPress.ge xəbər verir ki, bununla bağlı Maliyyə Nazirliyinin istintaq xidməti məlumat yayıb.
Nazirliyin məlumatına görə, 24 nəfər təqsirləndirilən şəxs qismində cəlb edilib, onlardan 10-u həbs edilib.
"Gürcüstan Maliyyə Nazirliyinin istintaq xidmətinin əməkdaşları 2024-cü ilin iyun ayı ərzində bütün Gürcüstan ərazisində həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri və istintaq hərəkətləri nəticəsində markalanmalı, aksiz markası olmayan külli miqdarda aksizli malların saxlanması-daşıması-satılması ilə bağlı 22 fakt aşkar etmiş, bu faktlara görə 24 nəfər təqsirləndirilən şəxs qismində cəlb edilmiş, onlardan 10-u isə həbs edilmişdir.
Həyata keçirilmiş istintaq-əməliyyat tədbirləri nəticəsində cinayətin üstü açılmış şəxslərdən satış üçün nəzərdə tutulmuş, ümumi bazar dəyəri 155.000 laridən artıq olan 29918 qutu müxtəlif nominallı rüsumsuz siqaretlər götürülüb.
İstintaq Gürcüstan Cinayət Məcəlləsinin cəza olaraq 6 ildən 8 ilədək müddətə azadlıqdan məhrumetməni nəzərdə tutan 200-cü maddəsi ilə aparılır”, - nazirliyin məlumatında deyilir.


