Bizimlə əlaqəHaqqımızda—
Ən son:
TVCANLI

Tina Bokuçava: "Rus qanunu" qəbul edildikdən sonra investisiya mühiti xeyli pisləşib

419
Tina Bokuçava:  "Rus qanunu" qəbul edildikdən sonra investisiya mühiti xeyli pisləşib
Dinləmək üçün basın

"Rus qanunu”nun qəbulundan sonra investisiya mühiti xeyli pisləşib, bunu hökumətin Qərb investisiyalarını cəlb edə bilməməsi və Gürcüstana yalnız Çin, beynəlxalq sanksiyalara məruz qalmış şirkətlərin gətirilməsi sübut…

"Rus qanunu”nun qəbulundan sonra investisiya mühiti xeyli pisləşib, bunu hökumətin Qərb investisiyalarını cəlb edə bilməməsi və Gürcüstana yalnız Çin, beynəlxalq sanksiyalara məruz qalmış şirkətlərin gətirilməsi sübut edir.

InterPress.ge xəbər verir ki, bu barədə “Vahid Milli Hərəkat” partiyasının sədri Tina Bokuçava deyib.

Bokuçavanın sözlərinə görə, “Rus qanunu”nun qəbulu Gürcüstanın beynəlxalq tərəfdaşlarını onun rusiyayönlü avtokratik hökumətə malik olduğuna inandırıb.

“Rus qanunu”nun qəbulu nəhayət, Gürcüstanın beynəlxalq tərəfdaşlarını, o cümlədən beynəlxalq investorları inandırdı ki, bu gün Gürcüstanda qərbpərəst yox, rusiyayönlü avtokratik hakimiyyət var. Təbii ki, belə şəraitdə investisiya mühiti xeyli pisləşir və bunu hökumətin Qərb investisiyalarını cəlb edə bilməməsi göstərir. İvanişvili hökumətinin cəlb edə bildiyi və hökumətin gələcəkdə də bunu etmək niyyətində olduğu yeganə iqtisadi tərəfdaşlar çox ciddi reputasiya problemləri olan, beynəlxalq sanksiyalara məruz qalmış Çin şirkətləridir.” – deyə Tina Bokuçava bildirib. 

Xəbəri qiymətləndir
Məqalənin müəllifiAysel İsmayılova

Son xəbərlər

Aİ Rusiyaya qarşı sanksiya siyahısını genişləndirib – 12 fiziki şəxs və 101 qurum sanksiyalara məruz qalıbAİ Ukraynaya dron və döyüş sursatlarının alınması üçün 1,71 milyard avro ayırıbAİ Ukraynaya 8 milyard avroyadək maliyyə dəstəyi ayıracaqGürcüstanda xaricdə tanınan ümumi təhsil proqramlarının tətbiqi qaydası dəyişirGASU “AGORA” adlı yeni beynəlxalq tələbə layihəsinə start veribSon xəbərlərə bax →