06 
Iyl
2024
22:07
393

Minik avtomobili ilə motosiklet toqquşub - Ölən var

Kaxetidə yol qəzası itki ilə başa çatıb, 33 yaşlı şəxs ölüb.

InterPress.ge xəbər verir ki, hadisə Telavi-Vaziani-Qombori yolunun başlanğıcında baş verib.

Motosiklet və avtomobil toqquşub.

Toqquşma nəticəsində motosikletin 33 yaşlı sürücüsü ağır xəsarət alıb və xəstəxanaya aparıldıqdan dərhal sonra dünyasını dəyişib.

Hadisə yerinə patrul polisi, xilasedicilər və təcili tibbi yardım maşınları səfərbər edilib.

Bizimlə əlaqə saxlayın