İyulun 12 -dək olan hava proqnozu açıqlandı
İyulun 12-dək Gürcüstanda yüksək temperatur fonunda qısamüddətli şimşək çaxacağı, dolu düşəcəyi gözlənilir. Küləyin güclənməsi ehtimalı var.
InterPress.ge xəbət verir ki, bu barədə Milli Ətraf Mühit Agentliyindən bildirilir.
Məlumata görə, Paytaxt- Tbilisidə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı, küləyin arabir güclənəcəyi gözlənilir. Havanın temperaturu gündüz +36, +38 dərəcə təşkil edəcək.
Sahil rayonlarında (Batumi, Kobuleti, Anaklia, Poti): qısamüddətli yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Havanın temperaturu gündüz 29-31 dərəcə olacaq.
Qərbi Gürcüstanın düzənlik rayonlarında (Zestafoni, Kutaisi, Samtredia, Zuqdidi, Martvili, Ozurqeti): qısamüddətli yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Havanın temperaturu gündüz +34, +36 dərəcə təşkil edəcək.
Qərbi Gürcüstanın dağlıq rayonlarında (Ambrolauri, Oni, Tsageri, Şovi, Çiatura, Saçxere, Xulo, Rikoti aşırımı): şimşək çaxacağı, qısamüddətli yağış yağacağı, dolu düşəcəyi, bəzi yerlərdə küləyin güclənəcəyi ehtimalı var. Havanın temperaturu gündüz +33, +35 dərəcə təşkil edəcək.
Qərbi Gürcüstanın dağlıq rayonlarında (Mestia, Baxmaro): qısamüddətli yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Havanın temperaturu +28, +30 dərəcə təşkil edəcək.
Kartlidə (Rustavi, Bolnisi, Marneuli, Qardabani, Qori, Sxinvali): yüksək temperatur fonunda şimşək çaxacağı, qısamüddətli yağış yağacağı, dolu yağacağı, küləyin güclənməsi ehtimalı var. Havanın temperaturu gündüz 36-38 dərəcə isti təşkil edəcək.
Kaxetiyada (Saqareco, Telavi, Qurcaani, Siqnaqi, Laqodexi, Kvareli, Axmeta, Dedoplistskaro): yüksək temperatur fonunda şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Dolu və güclü küləklər ola bilər. Havanın temperaturu gündüz +36, +38 dərəcə təşkil edəcək.
Şərqi Gürcüstanın dağlıq rayonlarında (Axalsixe, Borjomi, Duşeti, Tianeti, Fasanauri): yüksək temperatur fonunda şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Dolu və güclü küləklər ola bilər. Havanın temperaturu gündüz +33, +35 dərəcə təşkil edəcək.
Şərqi Gürcüstanın dağlıq rayonlarında (Axalkalaki, Tsalka, Bakuriani, Qudauri, Omalo): qısamüddətli yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Bəzi yerlərdə dolu, güclü külək ola bilər. Havanın temperaturu gündüz +25, +27 dərəcə təşkil edəcək.