09 
Iyl
2024
14:18
431

Rusiya Xarici Kəşfiyyat Xidməti Gürcüstanla bağlı açıqlama yayıb

"Vaşinqton oktyabrda keçiriləcək parlament seçkilərindən sonra Gürcüstanda hökuməti dəyişməyə qərar verib."

InterPress.ge xəbər verir ki, bu barədə Rusiya Dövlət İnformasiya Agentliyi TASS Rusiya Xarici Kəşfiyyat Xidmətinin mətbuat xidmətinə istinadən məlumat yayıb.

Xarici Kəşfiyyat Xidmətinə daxil olan məlumat Vaşinqtonun Gürcüstanda bu ilin oktyabrın 26-na təyin edilmiş parlament seçkilərinin nəticələrinə əsasən hökuməti dəyişmək barədə qəti qərarını göstərir”, - deyə Rusiya Xarici Kəşfiyyat Xidmətinin mətbuat bürosu bildirib.

Rusiya Xarici Kəşfiyyat Xidmətinin məlumatına görə, ABŞ prezidentinin administrasiyası artıq “Gürcü arzusu”nu gözdən salmaq üçün informasiya kampaniyası hazırlayıb.

“Co Baydenin administrasiyası artıq hakim partiya olan “Gürcü arzusu”nu gözdən salmaq üçün genişmiqyaslı informasiya kampaniyası hazırlayıb”, - deyə Rusiya Xarici Kəşfiyyat Xidməti qeyd edib.
 

Bizimlə əlaqə saxlayın