
Marneulidə vətəndaşlara pulsuz hüquqi yardımların göstərilməsi davam edir
"Azərbaycan Evi" və "QANUN" Hüquqi Yardım Mərkəzi arasında bağlanmış memoranduma əsasən, vətəndaşlara təmənnasız (pulsuz) hüquqi yardımların göstərilməsinə dair iyun ayı üzrə "Azərbaycan Evi"ndə adı çəkilən mərkəzin rəhbəri, vəkil Əli Bədirov və mərkəzin hüquqşünası Şamil Şamilov tərəfindən əvvəlcədən qeydiyyatdan keçmiş hüquqi problemləri olan vətəndaşların qəbulu keçirilib.
InterPress.ge xəbər verir ki, ikinci qəbul günündə 10 nəfər Gürcüstan vətəndaşı qəbul edilərək problemləri dinlənilib.
Vətəndaşların problemlərinin həlli ilə bağlı lazımi ərizələr yazılıb, aidiyyatı dövlət qurumlarına və məhkəmə instansiyalarının elektron ünvanına göndərilib.
Qəbul günləri davam edəcək və soydaşlarımız bu xidmətdən faydalana bilərlər.
Qəbula yazılmaq üçün aşağıda göstərilən nömrə ilə əlaqə saxlaya bilərsiniz.
Tel: 599 10 96 90