10 
Iyl
2024
14:44
267

Badri Caparidze Gürcüstanın Aİ-yə üzvlük prosesinin dayandırılması barədə: “Gürcü arzusu” Rusiya xüsusi xidmət orqanlarının tapşırığını yerinə yetirib

"İndi Almaniya təsdiq edib ki, Gürcüstanla heç bir maliyyə layihəsini müzakirə etməyəcək, Gürcüstanın Avropa İttifaqına qoşulması prosesi dayandırılıb."

InterPress.ge xəbər verir ki, “Lelo” partiyasının liderlərindən biri Badri Caparidze Almaniyanın Gürcüstandakı səfiri Peter Fişerin verdiyi açıqlamaya belə münasibət bildirib.

Badri Caparidzenin “Facebook” səhifəsində yazdığı açıqlamada, bu, “Gürcü arzusu”nun açıq şəkildə yerinə yetirdiyi Rusiyanın tapşırığı idi" deyə qeyd olunub.

“Gürcü arzusu” Rusiya xüsusi xidmət orqanlarının tapşırığını yerinə yetirib. Gürcü xalqının öz azadlığı uğrunda mübarizəsi nəticəsində əldə etdikləri, ABŞ, Almaniya və Avropa İttifaqına üzv dövlətlərin ölkəmizə davamlı dəstəyi ilə ifadə olunan dəstək, bu yardımlar tədricən dayandırılır. Bu, Rusiyanın tapşırığı idi ki, “Gürcü arzusu” birmənalı şəkildə yerinə yetirdi. Aydındır ki, “Gürcü arzusu”nun məqsədi ölkəni Rusiya Federasiyası ilə baş-başa qaldığımız 90-cı illərin əvvəllərində düşdüyü vəziyyətə salmasıdır, Hansı ki, Gürcüstanın bölgələrində vətəndaş müharibəsi, separatçı hərəkatlar, qanlı döyüşlərin baş verməsinə səbəb olmuşdur. “Gürcü arzusu” ölkəni 90-cı illərin əvvəllərinə qaytarmaq istəyir. Hər birimiz bununla üzləşməliyik. Bizə dostları tərəfindən qorunan sabit, firavan, dinc ölkə lazımdır. Gürcüstanda sabitlik, sülh və firavanlıq bərpa olunacaq, Bu, yalnız Avropa ailəsinin üzvü olanda, ABŞ və bizim avropalı dostlarımızın onilliklər ərzində həyata keçirdiyi bütün dəstək və layihələr, o cümlədən müdafiə sahəsindəki dəstək bəpra olduqda. Bu, yalnız “Gürcü arzusu” hökumətdən uzaqlaşdırıldıqdan sonra edilə bilər. Oktyabrın 26-da hökuməti birlikdə dəyişəcəyik.” - Badri Caparidze bildirib.
 

Bizimlə əlaqə saxlayın