Gürcüstan prezidenti Salome Zurabişvili bu gün 13 məhkumu əfv edib.
InterPress.ge xəbər verir ki, bu barədə Prezident Administrasiyasından bildirilib.
Məlumata görə, cəzaçəkmə müəssisəsində cəza çəkən 6 məhkumun cəzasını davam etdirməkdən tam azad edilib, 5 məhkumun isə cəzaçəkmə müəssisəsində çəkilməsi üçün qalan cəza müddəti azaldılıb. O cümlədən 1 məhkum qadındır.
Amnistiya aktı cəzası azadlıqdan məhrum etmə ilə bağlı olmayan 2 məhkuma da şamil edilib.
