İrakli Kobaxidze: "Bu təxribatdır"
"Bu, öz ölkəsinə qarşı çox ciddi, məqsədyönlü bir təxribatdır".
InterPress.ge xəbər verir ki, bu barədə Gürcü Arzusu partiyasının icraçı katibi İrakli Kobaxidze Vətənpərvərlər Alyansının Acaradakı seçki plakatı haqda qeyd edib.
Onun sözlərinə görə burada tapşırıq əlamətləri var.
"Bu çox ağır təxribatdır və burada tapşırıq əlamətləri var. Patriotlar Alyansının nümayəndələri bu cür addımları tez-tez atırlar və təbii ki narahatlıq doğurur. Bu təsadüfi deyil, bu öz ölkəsinə qarşı məqsədyönlü təxribatdır.
Hüquqi müdaxiləyə gəlincə isə bu iş müvafiq qurumlar tərəfindən icra edilməlidir. Baxaq görək vəziyyət necə davam edəcək. Bu addım öz ölkəsinə qarşı məqsədyönlü təxribatdır, buna Gürcüstan vətəndaşları tərəfindən müvafiq siyasi müdaxiləyə ehtiyac var ", - dedi İrakli Kobaxidze.


