15 
Iyl
2024
12:19
261

Batumidə qətl hadisəsi baş verib - bir nəfər saxlanılıb

Daxili İşlər Nazirliyinin Acarıstan Polis İdarəsinin əməkdaşları həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri və əməliyyat-istintaq tədbirləri nəticəsində 1995-ci il təvəllüdlü, əvvəllər məhkum olunmuş R.C. qəsdən adam öldürmə maddəsi ilə saxlanılıb.

InterPress.ge xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Qurumun məlumatına görə, cinayət 15 ilədək azadlıqdan məhrumetmə ilə cəzalandırılır.

“İstintaq zamanı müəyyən edilib ki, təqsirləndirilən şəxs Batumidə mübahisə zamanı 1997-ci il təvəllüdlü A.C- nı bıçaqla yaralayaraq hadisə yerindən qaçıb.Yaralı tibb müəssisəsinə çatdırılana qədər dünyasını dəyişib.

Polis tərəfindən R.C isti izlərlə təqsirləndirilən şəxs qismində saxlanılıb.

"Qəsdən adam öldürmə faktı ilə bağlı Cinayət Məcəlləsinin 108-ci maddəsi ilə cinayət işi açılıb", - məlumatda deyilir.

Bizimlə əlaqə saxlayın