Marneulidə hər il ənənəvi olaraq həyata keçirilən Tasua yürüşü vətəndaşların etirazları ilə davam edib.
InterPress.ge xəbər verir ki, etiraz edən şəxslər məscidlərin idarənin tərkibindən çıxarılaraq əhaliyə verilməsini tələb ediblər.
Vətəndaşlar yürüş başa çatdıqdan sonra İmam Əli (ə) məscidi yaxınlığında etiraz əlaməti olaraq “Şeyxə yox, məscidləri qaytarın!” şüarları səsləndiriblər.
Qeyd edək ki, Tasua yürüşündə Gürcüstan Müsəlmanları İdarəsinin Şeyx Hacı Faiq Nəbiyev də iştirak edib.
