3000-dən çox məzuna dövlət qulluğunda ödənişli təcrübə keçmək imkanı veriləcək
Gürcüstan hökuməti məzunlar üçün ödənişli təcrübə proqramı hazırlayıb.
InterPress.ge xəbər verir ki, bu barədə Hökumət administrasiyası məlumat yayır.
Qurumun məlumatına görə, baş nazir İrakli Kobaxidze hökumət üzvləri ilə görüşdə layihənin detalları, müsabiqə şərtləri və seçim meyarlarını müzakirə edib.
“Hökumət başçısı aydın rəqabət meyarlarının müəyyənləşdirilməsinin vacibliyini vurğuladı ki, onlar təmin olunarsa, gənclərə ödənişli təcrübə keçmək imkanı yaradılacaq.
Layihənin təfərrüatlarının təqdimatı yaxın vaxtlarda keçiriləcək, bundan sonra müsabiqə elan olunacaq. Proqram 3000-dən çox məzuna dövlət qulluğunda ödənişli təcrübə keçmək imkanı verəcək”, - hökumət administrasiyasının yaydığı məlumatda qeyd olunur.


