Batumidə 2 yaşlarında olan uşaq binanın 6-cı mərtəbəsindən yıxılaraq ölüb.
InterPress.ge xəbər verir ki, hadisə şahidlərinin sözlərinə görə, uşaq klinikaya aparılsa da, onu xilas etmək mümkün olmayıb.
Daxili İşlər Nazirliyinin əməkdaşları hadisə yerinə səfərbər edilib.
Faktla bağlı “Cinayət Məcəlləsi”nin 116-cı maddəsi ilə araşdırma başlanılıb.
