
Kvemo Kartli qubernatorunun müavini istefa verib
Gürcüstanın, Xüsusi Təyinatlı Qüvvələrin rəisi Zviad Xarazişvili ilə qarşı-qarşıya qalan Kvemo Kartli qubernatorunun müavini Giorgi Şinjikaşvili ölkədən qaçıb və geri qayıda bilmir.
InterPress.ge xəbər verir ki, bu barədə "Mtavari Arxi" telekanalı məlumat yayıb.
Məlumata əsasən, Qubernator müavini artıq vəzifəsindən istefa verib. O istefa ərizəsini ölkə xaricində imzalayıb.
Telekanalın yaydığı məlumata görə, istefa ərizəsini Şinjikaşvilinin imzalaması üçün xaricə aparıb orada imzalatdırıblar.
“Bir aydır ki, hökumət nümayəndələri tərəflər arasında barışıq üçün cəhd etsələr də, buna nail ola bilməyiblər. Zviad Xazarişvili vitse-qubernatou şikəst etmək və öldürməklə hədələyir, buna görə də Şinjikaşvilinin vətəninə nə vaxt qayıda biləcəyi məsələsi hələdə açıq qalır”.- deyə Telekanalın yaydığı məlumatda qeyd olunub.