Bizimlə əlaqəHaqqımızda—
Ən son:
TVCANLI

Tina Bokuçava : ABŞ-Gürcüstan münasibətləri nəinki əvvəlki səviyyəyə qayıtmalı, həm də dərinləşməlidir

314
Tina Bokuçava : ABŞ-Gürcüstan münasibətləri nəinki əvvəlki səviyyəyə qayıtmalı, həm də dərinləşməlidir
Dinləmək üçün basın

"ABŞ-Gürcüstan münasibətləri nəinki əvvəlki səviyyəyə qayıtmalı, həm də dərinləşməlidir. Əminəm ki, bu, oktyabrın 26-da keçiriləcək seçkilərdə İvanişvili hökumətinin amerikapərəst, qərbyönlü koalisiya demokratik…

"ABŞ-Gürcüstan münasibətləri nəinki əvvəlki səviyyəyə qayıtmalı, həm də dərinləşməlidir. Əminəm ki, bu, oktyabrın 26-da keçiriləcək seçkilərdə İvanişvili hökumətinin amerikapərəst, qərbyönlü koalisiya demokratik hökuməti ilə əvəzləndiyi zaman da baş verəcək"

InterPress.ge xəbər verir ki, bunu  Vahid Milli Hərəkatın sədri Tina Bokuçava bildirib.

"Milli Hərəkat”ın məlumatına görə, partiyanın nümayəndə heyəti ABŞ-a səfərini davam etdirir.

“Respublika Partiyası”nın Milli Konqresi çərçivəsində “Vahid Milli Hərəkat”ın sədri Tina Bokuçava partiyanın nümayəndə heyətinin üzvləri ilə birlikdə konqresmenlər, senatorlar və qərar qəbul edən şəxslərlə yüksək səviyyəli görüşlər keçirir.

“Milli Hərəkat”ın nümayəndə heyəti Donald Trampın “Respublikaçılar Partiyası”nın prezidentliyə namizədi kimi rəsmən irəli sürüləcəyi Respublikaçılar Partiyasının Milli Qurultayında Miluok şəhərindədir.

Bu, çox mühüm hadisədir ki, biz Gürcüstandan olan yeganə partiya nümayəndələriyik. Bizim üçün çox vacibdir ki, ABŞ-Gürcüstan münasibətləri nəinki əvvəlki səviyyəyə qayıtsın, həm də dərinləşsin və mən əminəm ki, bu 26 oktyabr seçkilərindən sonra da baş verəcək, o zaman hökumət dəyişəcək və İvanişvili hökuməti amerikapərəst, qərbyönlü koalisiya demokratik hökuməti ilə əvəzlənəcək."- Tina Bokuçava bildirib.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiAysel İsmayılova

Son xəbərlər

Aİ Rusiyaya qarşı sanksiya siyahısını genişləndirib – 12 fiziki şəxs və 101 qurum sanksiyalara məruz qalıbAİ Ukraynaya dron və döyüş sursatlarının alınması üçün 1,71 milyard avro ayırıbAİ Ukraynaya 8 milyard avroyadək maliyyə dəstəyi ayıracaqGürcüstanda xaricdə tanınan ümumi təhsil proqramlarının tətbiqi qaydası dəyişirGASU “AGORA” adlı yeni beynəlxalq tələbə layihəsinə start veribSon xəbərlərə bax →